logo

Qiyas İbrahimov sərbəst buraxıldı

11:57 10-06-2020 | icon 1995
Qiyas İbrahimov sərbəst buraxıldı

Gənc fəal Qiyas İbrahimov sərbəst buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə o özünün "Facebook" hesabında məlumat paylaşıb.

Qiyas İbrahimov qeyd edib ki, barəsində araşdırmalar davam etdirilir: “Sonradan məhkəməyə çağırılacağımı dedilər".

Xatırladaq ki, ötən gün Q.İbrahimov  yaşadığı evinin damına çıxaraq polis zorakılığına qarşı etiraz etiraz edib, polislərin xalqdan üzr istəmsini tələb edib, əks təqdirdə özünü damdan ataraq intihar edəcəyini bildirib. Hadisə yerinə gələn polislər onu damdan endirməyə müvəffəq olublar. Sonra  Q.İbrahimov Suraxanı rayon polis idarəsinə aparılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.

Xatırladaq ki, Qiyas İbrahimov bundan əvvəl Heydər Əliyevinn Bakının mərkəzindəki abidənin üzərində "Qul bayramınız mübarək" yazdığı üçün 5 il həbs cəzası alıb. Onun adı "siyasi məhbus" siyahısında yer alıb. Prezidentin 2019-cu il 16 mart tarixli əfv sərəncamı ilə azadlığa çıxıb.