logo

Bakı polisi müxalifətçinin özünü damdan atmasına münasibət bildirdi

11:09 10-06-2020 | icon 2128
Bakı polisi müxalifətçinin özünü damdan atmasına münasibət bildirdi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Nida” vətəndaş hərəkatının üzvü Qiyas İbrahimovla bağlı açıqlama yayıb.

BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev YeniAvropa-ya bildirib ki, o, iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib.

İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

“Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”,-deyə BŞBPİ-nin nümayəndəsi vurğulayıb.