Nyu-York-Bakı reysi ilə gətirilən 210 Azərbaycan vətəndaşı iyunun 10-da Bakıda olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verib.
“Həmçinin iyunun 10-dan 30-dək olan müddətdə təşkil ediləcək xaricdən çarter reyslərinin qrafiki hazırlanır”, - deyə o, bildirib.