Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti həftə də sərt karantin rejimin tətbiqi haqqında qərar verib. Qərara görə, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə iyunun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.
Onun sözlərinə görə, bazar günü də təması minimuma endirmək üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər.