logo

Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

18:17 09-06-2020 | icon 2184
Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib. Aktiv xəstə sayı 3487 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349 min 200 test aparılıb.