Vətəndaşı evindən lüt aparan polis bir icra başçısının oğlu, digərinin kürəkəni çıxdı
İiyunun 8-də Yasamal rayonunda vətəndaşın mənzilinə daxil olub :"Paltar geyinməsin, elə bu vəziyyətdə apar"-deyən polis kapitanı Şəhriyar Hüseynov olub.
O, Ağcəbədinin icra başçısı Rafil Hüseynovun oğludur.
YeniAvropa xəbər verir ki, bu məlumatı jurnalist Həbib Müntəzir paylaşıb. Onun sözlərinə görə, Şəhriyar Hüseynov həm də Suraxanı rayon icra başçısı Əziz Əzizovun kürəkənidir: “Bu cür adamların qudurğan övladları xalqın üstündə qoçuluq edirlər. Ataları, qaynataları xalqı talayır, bunlar da hücum əmri ilə vətəndaşı təhqir edir, alçaldır”.