logo

Bu gün daha 130 azərbaycanlı Rusiyadan təxliyə ediləcək

12:32 09-06-2020 | icon 2317
Bu gün daha 130 azərbaycanlı Rusiyadan təxliyə ediləcək

Bu gün daha 130 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq. 

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib. Onun sözlərinə görə, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub.