Qax Rayon Polis Şöbəsi əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Almalı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildiriblər ki, ümumi çəkisi 3 ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.