Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçay rayonunda bazarda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, Göyçay şəhəri Ü.Hacıbəyli küçəsindəki bazarın ərazisində ümumi sahəsi 100 kvadratmetr olan beş mağaza və içərisində mallar yanıb. Bitişik digər mağazalar və bazarın ərazisi yanğından mühafizə olunub. Alov saat 17:15-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.