Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Bakının Yasamal rayonunda qəbiristanlığın ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.