Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Şöhrət Quliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Şöhrət Quliyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ş.Quliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.