Sumqayıtda market işçisində koronavirus aşkarlandı: 45 nəfər karantinə alındı
21:49 05-06-2020
|
2226
Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin bir işçisi koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu səbəbdən də onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıb.Bundan başqa, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin 2 əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Marketdən "Xəzər Xəbər"ə faktı təsdiq ediblər
Koronavirus faktı aşkar edildikdən dərhal sonra marketdə nəzarət gücləndirilib. Çünki gün ərzində bura yüzlərlə müştəri daxil olur.
Marketdən o da bildirilib ki, evdə qalan işçilər analiz verəcəklər. Virus aşkarlanmayan əməkdaşları yenidən işə cəlb olunacaq.