logo

Koronavirusa görə Azərbaycanda daha bir neçə xəstəxana boşaldıldı

21:20 03-06-2020 | icon 2191
Koronavirusa görə Azərbaycanda daha bir neçə xəstəxana boşaldıldı

"Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

TƏBİB rəsmisi bunun digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə biləcəyini bildirib:"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000-8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".