logo

Məşhur bloger Mehman Hüseynovda xərçəng aşkarlandı

19:32 02-06-2020 | icon 2065
Məşhur bloger Mehman Hüseynovda xərçəng aşkarlandı

Tanınmış bloger Mehman Hüseynovda onkoloji xəstəlik aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mehmanın İsveçrədə yaşayan qardaşı Emin Hüseynov özünün "Facebook" hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, Mehman hazırda İsveçrədə müalicə alır. Həkimlər onun 2 mərhələ müalicədən sonra sağalacağını deyiblər: "Ən kiçik qardaşım Mehman Hüseynov ağır xəstədir. Bir neçə həftə əvvəl Cenevrə Universiteti Xəstəxanasının Onkoloji Mərkəzinin həkimləri nəhayət xərçəngə təklifli şiş diaqnozu qoymuşdular. Xoşbəxtlikdən həkimlər Mehmana təyin olunan müalicə kursunu ən qısa müddətdə başlaya biləcəyi təqdirdə bu xəstəliklə mübarizə şansının olduğunu söylədi. Müalicə mərhələlərlə aparılacaqdır. Birinci mərhələyə 30.000 CHF (CHF 1.00 = 1.04 ABŞ dolları) başa gələcək 5-6 həftəlik radioterapiya kursu daxildir.

İkinci mərhələ şüanın cərrahi yolla çıxarılmasıdır ki, bbu əməliyyat 12 000 CHF-ə başa gələcəkdir. Əməliyyatın dəyəri 44.000 CHF-ə yüksələ bilər. Ümumiyyətlə, qardaşımın xəstəxanaya yerləşdirilməsi, müalicəsi və əməliyyatı üçün cəmi 74 min CHF lazımdır". O, Azərbaycan ictimaiyyətini Mehman Hüseynovun müalicəsinə dəstək olmağa çağırıb.