logo

Azərbaycan prezidentinin Belqradda rəsmi qarşılanma mərasimi olub

13:58 23-11-2022 | icon 931
Azərbaycan prezidentinin Belqradda rəsmi qarşılanma mərasimi olub

Noyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Serbiya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə prezident Aleksandar Vuçiçə təqdim edilib.