logo

Rusiya Türkiyədə ikinci AES-i inşa etməyə hazırlaşır

19:59 21-11-2022 | icon 679
Rusiya Türkiyədə ikinci AES-i inşa etməyə hazırlaşır

Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyası Türkiyədə “Sinop” atom elektrik stansiyasının inşası məsələsini müzakirə edir.

YeniAvropa xəbər verir ki,  bu barədə jurnalistlərə açıqlamasında korporasiyanın baş direktoru Aleksey Lixaçyov bildirib.

A.Lixaçyov deyib ki, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Rusiya tərəfinə “Sinop” AES-in tikintisinin planlaşdırıldığını deyib. Qeyd edib ki, hazırda layihənin təfərrüatları müzakirə olunur.

“Sinop” Türkiyədə inşa olunacaq ikinci AES-dir. Türkiyə gələcəkdə ölkənin Avropa hissəsində üçüncü belə stansiyanın tikintisini planlaşdırır.

Xatırladaq ki, Rusiyanın Türkiyədə inşa etdiyi ilk Atom Elektrik Stansiyası-"Akkuyu" AES-in 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.