logo

Moldova-Azərbaycan beynəlxalq yoldaşlıq oyunu başlayıb

21:02 16-11-2022 | icon 952
Moldova-Azərbaycan beynəlxalq yoldaşlıq oyunu başlayıb

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununa çıxıb.

YeniAvropa xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda millimizin rəqibi Moldova yığmasıdır.

Kişineudakı “Zimbru” stadionunda oynanılan matçda millimizin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Bəxtiyar Həsənəlizadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Riçard Almeyda, Ozan Can Kökçü, Aleksey İsayev və Musa Qurbanlı çıxıblar.

Rəqib komandanın start heyətində Dmitri Çelyadnik, Oleq Ryabçuk, İqor Armaş, Artur Yonitse, Yevgeni Koçuk, Vitali Damașkan, Mixail Kaymakov, Yuri Yovu, Daniel Dumbravanu, Yoan-Kelin Revenko və Vadim Ratse yer alıblar.

Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Bu, komandalar arasında sayca 12-ci oyundur. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. Beş matçda isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.