Kasım-Jomart Tokayev şeyxülislam Allahşükür Paşazadəni qəbul edib
Sentyabrın 13-də Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etmək üçün bu ölkədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın salamlarını və xoş arzularını Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə çatdıran şeyxülislam Allahşükür Paşazadə qardaş dövlətlərimizin müdrik liderlərinin əsl qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük perspektivlər açmasından fəxarət duyduğunu bildirib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev öz növbəsində salamlarını və dualarını yüksək məqamlarına çatdırmağı xahiş edib, Azərbaycana səfərini olduqca yüksək qiymətləndirib, Azərbaycan prezidentinin və birinci xanımın tezliklə qardaş Qazaxıstana səfər edəcəklərinə əminliyini bildirib.
Səmimi şəraitdə keçən görüşdə Qazaxıstan prezidentinin bu yaxınlarda Azərbaycana rəsmi səfərinin böyük önəmindən danışılıb. Diqqətə çatdırılıb ki, strateji tərəfdaşlıq əlaqələri xalqlarımız arasında mövcud mədəni-mənəvi əlaqələrin dərinləşməsinə böyük təkan verir. Azərbaycan və Qazaxıstan prezidentlərinin Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmalarının bunun gözəl nümunəsi olduğu qeyd edilib.
QMİ sədri A. Paşazadə vurğulayıb ki, Azərbaycan prezidentinin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması Azərbaycan xalqı üçün böyük dəyər kəsb edir.
A. Paşazadənin Qazaxıstana səfərini və Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirakını yüksək dəyərləndirən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev şeyxülislamın fəaliyyətini uzun illər ərzində izlədiyini bildirib, onun dünyada dinlərarası dialoq və əməkdaşlıq prosesində yerini və rolunu xüsusi qeyd edib. QMİ sədri A. Paşazadənin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müsəlman dini liderlərini bir araya gətirən təşkilatın ərsəyə gəlməsindəki rolunun önəmini vurğulayan Qazaxıstan prezidenti bu quruma, onun işinə dəstəyini ifadə edib.
Şeyxülislam A. Paşazadə TDT Müsəlman Dini Liderlərinin İstanbul və Türküstan toplantılarının ardınca gələn ay Bakıda və Şuşada baş tutacaq görüşləri, imzalanacaq Birgə Bəyannamə barədə Qazaxıstanın dövlət başçısına ətraflı məlumat verib. Bildirib ki, TDT Müsəlman Dini Liderlərinin Şurasının təsis olunması türk dünyasının mənəvi birliyinin təşkilati bəyanıdır və Türk Dövlətləri Təşkilatının bütün qərarlarının, xüsusilə mənəvi sahəyə dair qərar və tövsiyələrinin həyata keçməsində dini liderlərin fəal rol oynamasını, yaxından iştirakını təmin edəcək. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, ortaq mənəvi dəyərlərimizin potensialının müştərək mənafelərimizə xidmət etməsi məramı ilə qardaş ölkələrimizin müsəlman dini liderlərinin təşkilati müstəvidə sıx əməkdaşlıq etməsi bütün türk dünyasının ümumi maraqlarının yalnız nəfinə olacaq.
QMİ sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Şurasının qarşısında duran vəzifələr, nəzərdə tutulan işlər, müəyyən edilmiş prioritetlər barədə, o cümlədən birgə təhsil müəssisələrinin yaradılması, ortaq mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi planları ilə bağlı Qazaxıstan prezidentini ətraflı məlumatlandırıb.
Şeyxülislam A. Paşazadə qazax dövlətçiliyinin görkəmli nümayəndəsi olaraq Kasım-Jomart Tokayevi uzun illər ərzində tanıdığını, qardaş Qazaxıstanda müxtəlif dövlət vəzifələrində dəyərli fəaliyyətini hər zaman müşahidə etdiyini, Senatın sədri olduğu dövrdən Dünya və ənənəvi dini liderlərin Qurultayının təşəbbüskarından olduğunu fəxrlə qeyd edib. Diqqətə çatdırıb ki, prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə hazırda Qazaxıstanda gedən demokratik islahatlar, köklü dəyişikliklər qazax dövlətçiliyinin daha da möhkəmlənməsinə böyük töhfədir. Şeyxülislam A. Paşazadə bu ilin yanvar hadisələrinin bütün iştirakçılarına amnistiya elan olunmasını ali mərhəmət aktı kimi prezident Tokayevin müdrik dövlətçilik siyasətinin bariz nümunəsi kimi dəyərləndirib, bunun Qazaxıstan cəmiyyəti daxilində barış və həmrəyliyin daha da möhkəmlənməsinə, qazax xalqının yeni uğurlarına vəsilə olacağına əminliyini bildirib, öz xeyir-dualarını ifadə edib.
Görüş zamanı şeyxülislam A. Paşazadə son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən ardıcıl təxribatlara da toxunub. Qazaxıstan prezidenti bu hadisələrdən narahat olduqlarını bildirib. Vurğulanıb ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunandan sonra bölgədə sülh, anlaşma və iqtisadi inkişaf yönündə səyləri dəstəkləmək əvəzinə, revanşizm, separatçılıq və təhlükəsizliyin təhdidi istiqamətində təxribat və silahlı toqquşmalar yolverilməzdir.
Kasım-Jomart Tokayev Qazaxıstanın mövqeyinin Qafqazda sülhün tam bərqərarı istiqamətində olduğunu diqqətə çatdırıb.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava