logo

Rusiyada “İl-76” təyyarəsi qəzaya uğradı: Ölənlər var

09:09 24-06-2022 | icon 1323
Rusiyada “İl-76” təyyarəsi qəzaya uğradı: Ölənlər var

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.

Qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.