logo

Masallıda iİş yoldaşını öldürən şəxs tutulub

09:29 09-06-2022 | icon 616
Masallıda iİş yoldaşını öldürən şəxs tutulub

İyunun 8-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova Masallı rayonu ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Masallı rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərovun fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vuraraq xəsarət yetirdiyi, nəticədə onun aldığı xəsarətdən hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.