logo

3 ayda ölkəyə 17 mindən çox avtomobil gətirilib

15:55 30-04-2022 | icon 2065
3 ayda ölkəyə 17 mindən çox avtomobil gətirilib

Yanvar-mart aylarında Azərbaycana 189 milyon 354 min ABŞ dolları dəyərində 17 min 102 avtomobil idxal olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, ölkəyə gətirilən avtomobillərin 90-ı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 15 min 934-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1012-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 66-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.