Şuşada keçirilən V Qurultay nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti
Aprelin 23-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında dünya azərbaycanlılarına müraciət qəbul edilib.
YeniAvropa həmin müraciəti təqdim edir:
"Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Biz, Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları Sizi Azərbaycanın mədəniyyət paytaxtından salamlamaqdan qürur duyuruq.
2001-ci il noyabrın 9–10-da Bakı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilmiş Dünya Azərbaycanlılarının l Qurultayından bəri ötən müddətdə müxtəlif ölkələrdə azərbaycanlı icmaların təşkilatlanması və mütəşəkkilliyinin artırılması, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi və milli həmrəyliyimizin məzmunca zənginləşdirilməsi üçün çox iş görülmüşdür. Ulu Öndərin xalqımıza və dövlətimizə bağlılıq hissinə əsaslanan, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası bu dövr ərzində bütün dünyadakı həmvətənlərimiz arasında geniş yayılmışdır.
Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində qısa zamanda azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün cəmi 44 gün ərzində bərpa olunması və bununla da Ermənistanın işğalı üzündən məcburi köçkün vəziyyətinə düşmüş insanlarımızın yurd həsrətinə son qoyulması, əslində, milli həmrəyliyimizin təntənəsidir.
2020-ci il noyabrın 8-də qürur ünvanımız Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsindəki Zəfərin zirvəsi və Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılan möhtəşəm hadisə oldu. Məhz Şuşanın işğaldan azad edildiyi tarix Azərbaycanın əlamətdar günlər təqviminə “Zəfər Günü” kimi yazıldı.
Vətən müharibəsində tarixi Qələbədən sonra yaranmış yeni geosiyasi reallıq, Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsi, ölkəmizin beynəlxalq məsələlərin həllində yaxından və fəal iştirakı diaspor təşkilatlarımızın qarşısında yeni vəzifələr qoyur.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mədəni-siyasi birliyi və həmrəyliyi müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərindəndir. Bu gün Azərbaycan diasporu böyük mədəni və intellektual potensiala malikdir. Azərbaycanlıların hazırda 33 ölkəni və 130-dan çox diaspor təşkilatını əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir. Harada məskunlaşmalarından asılı olmayaraq, soydaşlarımızın ən başlıca vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti və dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyimizi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində layiqli yer tutmasına öz əməli töhfəsini əsirgəməməkdən ibarətdir.
Müstəqil Azərbaycanın müasir, dünyəvi və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsi dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir. Vətəndən ayrı yaşayan hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfini qorumağa həmişə hazır olan bir dövlət – Azərbaycan Respublikası vardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.
Hamımızı azərbaycanlı olmaq kimi ülvi bir amal birləşdirir. Vətəndaşlıq borcu bizi yaşadığımız ölkələr qarşısında hansı məsuliyyətə sövq edirsə, azərbaycançılıq amalı da hər birimizi Azərbaycan xalqı və dövləti qarşısında eyni məsuliyyətə səsləyir. Buna görə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması soydaşlarımızın əsas vəzifələrindən biri olaraq qalmaqdadır.
Əziz həmvətənlər!
Sizə müraciət edərək qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün bütün imkanlarınızdan yararlanmağa, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının həyata keçirilməsi naminə qüvvələrinizi birləşdirməyə çağırır, hər birinizə sağlamlıq, firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi yolunda uğurlar arzulayırıq".
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava