Brüsseldə ÜGT-Azərbaycan əməkdaşlığı müzakirə edilib
Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı ÜGT ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov qeyd edib ki, 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Nəticədə bölgədə yaranmış yeni reallıqlar yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaradıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri, o cümlədən sözügedən beynəlxalq dəhlizlərin tərkib hissəsi olan Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət çəkilib.
Baş katib Kunio Mikuriya əvvəllər ölkəmizə səfərləri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, o görüşlərin Azərbaycanla ÜGT arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verdiyini vurğulayıb. Baş katib Azərbaycanın Avropa ilə Asiya arasındakı əlverişli coğrafi mövqeyinə diqqət çəkərək, Mərkəzi Asiya ilə nəqliyyat bağlantılarının inkişafının bütöv regionun potensialının reallaşdırılmasına töhfə verəcəyini söyləyib.
Görüş zamanı, həmçinin ÜGT ilə bir sıra yeni əməkdaşlıq təklifləri üzrə müzakirə aparılıb.
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Faktiki hava:Şimşək çaxıb, leysan yağıb, dolu düşüb
Azərbaycan nefti 84,55 dollara satılır
Rusiya bombardmanından sonra Ukraynanın 6 regionu işıqsız qalıb
Şirvanda dələduzluq edən paytaxt sakini həbs edilib
UEFA Çempionlar Liqası:"PSJ"ni məğlub edən "Borrusiya" finalda
“Eurovision-2024”ün II yarımfinalına keçən ölkələr məlum olub
Prokurorluq Zaqatalada 15 nəfərin qidadan zəhərlənməsi faktını araşdırır