logo

AQTA daha 7 kafe və restoranda pozuntular aşkarladı

18:36 16-11-2021 | icon 1855
AQTA daha 7 kafe və restoranda pozuntular aşkarladı

Azərbayca Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) apardığı monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. 

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il noyabrın 15-də ölkə üzrə 394 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Y. V. Çəmənzəminli küç., ev 52m ünvanında yerləşən, fiziki şəxs Əsgərov Ramin Yəhya oğluna məxsus “Barjomi” kafesi;

2. Bakı şəhəri, Nizami rayonu, Babək pr. 65B ünvanında yerləşən, fiziki şəxs Məmmədov Səbuhi Yunis oğluna məxsus restoran;

3. Bakı şəhəri, Səbail ‎ rayonu, Ü. Hacıbəyov küç., ev 38c ünvanında yerləşən, hüquqi şəxs "Basstone Restaurant" MMC-yə məxsus “Basston” restoranı;

4. Bakı şəhəri, Səbail‎ rayonu, Xəqani küç., ev 21m ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad qızına məxsus “Beearıf By Mydom” restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;

6. Bakı şəhəri, Suraxanı‎ rayonu, Hövsan yolu, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;

7. Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən, fiziki şəxs Hətəmov Zair Məzahir oğluna məxsus "Love is" kafesi.