logo

Lənkəran polisi əməliyyat keçirdi:12 nəfər saxlanıldı

09:23 15-11-2021 | icon 343
Lənkəran polisi əməliyyat keçirdi:12 nəfər saxlanıldı

Lənkəran rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Rəhmanlı tutulub.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini X.Əzimov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. X.Əzimovun üzərində 38 qramdan artıq heroin aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq X.Əzimovun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Araşdırmalarla onun Lənkəran sakini V.Qurbanov olduğu məlum olub. Şəxsi axtarış zamanı onda 61 qramdan artıq heroin, 11 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 9 nəfər – Z.Novruzov, Z.Əliyev, C.Bəşirov, N.Ağayev, V.Əlizadə, T.Yusubzadə, Ü.Rəhimli, M.Əbilov, F.Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.