logo

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini həbs edilib

23:15 02-10-2021 | icon 819
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini həbs edilib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

S.Qalstyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi. Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Galstyan da həbsdədir.