logo

Azərbaycanda əhalinin sayı 10 milyon 142 min nəfəri ötüb

10:50 15-09-2021 | icon 1526
Azərbaycanda əhalinin sayı 10 milyon 142 min nəfəri ötüb

İlin əvvəlindən ölkə əhalisinin sayı 23 min 259 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 142 min 392 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.