logo

Azərbaycan ordusunun 3 generalı vəzifəsindən azad edildi

15:17 25-04-2021 | icon 2401
Azərbaycan ordusunun 3 generalı vəzifəsindən azad edildi

Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərilib.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, ordudan təxris olunanlar general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə Milli Ordu sıralarından ehtiyata buraxılıblar. 
 
Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifələrində çalışıblar.