"Azercell"in sürətli mobil interneti yerin üstünü də, altını da əhatə etməyə davam edir
"Azercell" bütün abunəçilərini daha stabil şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də LTE şəbəkəsini təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən Azercell-in LTE şəbəkəsinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.
YeniAvropa xəbər verir ki, şirkətdən verilən məlumata görə, təkcə ötən il ərzində "Azercell"in LTE şəbəkəsinin həm əhali baxımdan, həm də ərazi baxımdan coğrafi əhatəsi təxminən 11% genişləndirilib. Təkmilləşdirmə işlərinin aparıldığı müddət ərzində isə 2021-ci ilin mart ayının sonunadək şəbəkənin əhali üzrə əhatə dairəsi 85.3%-ə, coğrafi əhatə dairəsi isə 72,8%-dək artıb.
Layihə çərçivəsində 2021-ci ilin birinci rübü ərzində 201 LTE radio baza stansiyasında təkmilləşdirmə işləri aparılıb, mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub. Bununla da, LTE şəbəkəsinə aid bu stansiyaların ümumi sayı 2742-yə çatdırılıb.
"Azercell"in gördüyü tədbirlər çərçivəsində Bakı metropoliteninin 18 stansiyası və tunellərində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib və şirkət açılışa hazır olmaq üçün tam gücü ilə çalışır.
Xatırladaq ki, ötən il də yeni nəsil texnologiyanı təmin edən şəbəkənin genişləndirilməsi istiqamətində aktiv surətdə işlər aparılıb. Belə ki, 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 ədəd yeni radio baza stansiya quraşdırılıb. Onların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Təkcə ötən ilin sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.
4G şəbəkəsinin təkmilləşdirilməsi, radio baza stansiyalarının sayının artırılması "Azercell"in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, təqdim olunan mobil internetin sürətinə də güclü təsir göstərib. Son 1 il ərzində Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə fikir versək, bu göstəricinin də 1.7 dəfə artdığını görərik. Mühüm göstəricilərdən biri də şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71%-nin LTE texnologiyası üzərindən daşınmasıdır.
Hazırda "Azercell"in 4G şəbəkəsi ilə 240 Mbps-ə qədər endirmə, 95 Mbps-ə qədər isə yükləmə sürəti əldə olunur. "Azercell"in 4G texnologiyasından istifadə edən abunəçilər böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək və digər üstünlüklər qazanırlar.
Qeyd edək ki, LTE şəbəkəsindən istifadə etmək üçün abunəçi 4G-ni dəstəkləyən mobil telefon və USİM sim kartına malik olmalıdır. SİM kartın bu funksiyasının olub-olmadığını yoxlamaq üçün həmin nömrədən “4G” yazıb 2525-ə göndərmək kifayətdir. SİM kartın 4G-ni dəstəkləmədiyi halda "Azercell"in davam etdirdiyi 4G kampaniyası çərçivəsində şirkətin istənilən satış və ya xidmət mərkəzində nömrənin 4G-ni dəstəkləyən dublikatını ödənişsiz əsaslarla əldə etmək mümkündür. Bu zaman "Azercell"dən abunəçilərə birdəfəlik bonus şəklində 5 GB həcmində internet paketi hədiyyə olunur.
Hazırda LTE şəbəkəsinin sürətinə görə Azercell “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biridir. Bunu dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərib. Digər tərəfdən, Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələrinə görə, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanın yüklənmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə Azercell ölkənin digər mobil operatorlarından öndədir. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən RTM (real time monitoring – real zamanda izləmə) sisteminin tətbiqi isə "Azercell" şəbəkəsinin keyfiyyətinə nəzarət mexanizminin yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün əlavə imkanlar yaradır.
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib
Türkiyədə ölkədaxili reyslərdə aviabiletlər 30 % bahalaşıb
Bu il inflyasiya 3,5%, gələn il isə 4,2 % təşkil edəcək-AMB sədri
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub-İlham Əliyev
Bu gündən vətəndaşlara tibbi arayışlar elektron şəkildə veriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Bu gündən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
İlham Əliyev Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edir
Azərbaycan nefti 89,10 dollara satılır
Bu gündən birinci siniflərə şagird qəbulu başlanır
Bakıda havada tozun miqdarı normadan artıqdır
Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır-Faktiki hava