logo

Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

20:44 15-02-2021 | icon 1512
Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Görüşdə tərəflər bölgədəki cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

İkitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsi müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.