Sabah Bakıda 14° isti olacaq
Azərbaycanda yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 11-15° isti, Bakıda gecə 4-6°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi - 752 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 15-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin əsəcəyi, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-7° isti, yüksək dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 0-3° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-8° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 6-9° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 10-15° isti, dağlarda gecə 6-8°, gündüz 10-13° isti olacağı gözlənilir.
Bakıda mənzildən qadın meyiti tapılıb
Belarus dünya çempionatı keçirməkdən məhrum edildi
Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb
Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
Mədəniyyət Nazirliyi Bakıdakı alman kilsəsi haqda videoçarx hazırlayıb
Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı
Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
Laçının gəzməli-görməli yerləri haqda videoçarxı hazırlanıb
Hirkan Milli Parkında baş vermiş yanğın 5 gündür davam edir
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfərə çatır
MN Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkəti dəyişdiriləcək
Ərdoğan:Qarabağ məsələsindəki qəti əzmimizi bütün dünyaya göstərdik
Vətən Müharibəsində şəhidlərinin sayı 2855 oldu-YENİ SİYAHI
Dövlət Xidməti polietilen torbalarla bağlı sahibkarlara çağırış etdi
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında açılışlarda olub
Sergey Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsindən danışdı
Baş Prokurorluq IT menecer və mühəndis-proqramçılar axtarır
Azərbaycan ötən il 183 ölkə ilə ticarət əməliyyatları aparıb
Siyavuş Aslanın küçədə yaşayan oğlu xəstəxanaya yerləşdirildi
Metronun “8 Noyabr” stansiyasına rəis təyin olunub
Türkiyədə 1344 kəndlə nəqliyyat əlaqəsi kəsilib
Sabah Bakıda sulu qar və qar yağacaq, 6° isti olacaq
Füzulinin işğaldan azad edilən Merdinli kəndinin görüntüləri yayıldı