Əsgərimizin yandırılmasına görə cinayət işi açılıb-Baş Prokurorluq
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyənləşdirildiyindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyənləşdirildiyindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumat veriləcək.
Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırılmasından ötrü heç bir tədbir görmür.
Azərbaycanın Baş Prokurorluğu Ermənistan hüquq-mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.
Bakıda daha bir qadın intihar etdi: Özünü 6-cı mərtəbədən atdı
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib
10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir
Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər
Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntüləri yayıldı
İmişlidə avtotəmir sexində pendir və yağ da istehsalı edirdilər
Sabah paytaxtın bəzi rayonlarında su olmayacaq
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev "Prezidentin fəxri diplomu” ilə təltif edilib
Əhalinin banklardakı əmanətləri artıb
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonda danışdı
Xırdalanda dağıntılar altında qalan azyaşlının meyidi çıxarılıb
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib
Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdi
Paytaxtda keçmiş məhkumdan 6 kq-dan artıq narkotika götürülüb
Ermənilərin AŞ PA sessiyasında daha bir təklifi rədd edilib
Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək
İlham Əliyev yeni təyin olunan nazir Rəşad Nəbiyevi videoformatda qəbul edib
Xəzər dənizində zəlzələ olub
İlham Əliyev Fransan XİN-nin dövlət katibini qəbul edib
Baş Prokurorluq Xırdalandakı partlayışla bağlı məlumat yaydı
Sabah Bakıda 10° isti olacaq
Prezident İlham Əliyev Rəşad Nəbiyevi NRYT naziri təyin etdi