logo

Azərbaycan cüdoçuları Avropa çempionatına yollanıblar

14:34 18-11-2020 | icon 2394
Azərbaycan cüdoçuları Avropa çempionatına yollanıblar

Sabah Azərbaycan cüdoçularının da iştirak edəcəkləri Avropa çempionatı start götürəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Fedarasiyasından bildirilib. Qeyd edilib ki, çüdoçularımız artıq çempionatın keçiriləcəyi Çexiyanın paytaxtı Praqa şəhərinə yollanıblar.

Qitə çempionatında ölkəmizi Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) kişilərin yarışında təmsil edəcəklər. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Avropa çempionatı noyabrın 21-dək davam edəcək. Qitə birinciliyində 40 ölkədən 355 cüdoçu iştirakını təsdiqləyib.