logo

Müzəffər Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib

12:29 07-11-2020 | icon 280
Müzəffər Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib

Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

YeniAvropa xəbər verir ki, bu barədə prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.