logo

Daha 20 şagird koronavirusa yoluxdu

14:49 09-10-2020 | icon 3031
Daha 20 şagird koronavirusa yoluxdu

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, səkkiz şagirdin, işçi heyətdən iki nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. İyirmi şagird, işçi heyətdən 6 nəfər isə koronavirusa yoluxub. Bir sinifdə əyani təhsilə keçid olunub. Yeddi sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Bununla da distant təhsilə keçirilən siniflərin sayı 36-ya çatıb.

Xatırladaq ki, koronavirusa yoluxma halları ilə əlaqədar olaraq respublika üzrə 2 məktəbdə tədris distant formada aparılır.