logo

Bu həlledici günlərdə "Azercell" də ön cəbhəyə dəstək olur

18:16 03-10-2020 | icon 2310
Bu həlledici günlərdə "Azercell" də ön cəbhəyə dəstək olur

Sentyabr ayının 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir Azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir.  Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayaraq, bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanmışdır.

Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində ölkənin lider mobil operatoru "Azercell Telekom" da Milli Ordumuza öz dəstəyini əsirgəmir. Şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

"Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq "Azercell Telekom"un baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan Azərbaycan bayraqları da paylanılıb.

Azercell həyata keçirdiyi təşəbbüslərlə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğuni ifadəedir.Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcəkdir",-deyə məlumatda bildirilib.

Qarabağ Azərbaycandır!

0-2_1