logo

Daha 6 rayonunun icra başçısı tezliklə yola salınacaq

17:42 13-09-2020 | icon 2079
Daha 6 rayonunun icra başçısı tezliklə yola salınacaq

Tezliklə daha altı rayonunun icra başçısı vəzifəsi ilə vidalaşacaq.

YeniAvropa xəbər verir ki, buna səbəb yola salınacaq icra başçıları ilə bağlı Prezident Adminstrasiyasına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayət məktublarının daxil olmasıdır. "DİA.az"ın məlumatına görə vəzifədən çıxarılan və yeni təyinat almayan icra başçıları aşağıdakılardır:

– Beyləqanın icra başçısı Asəf Ağayev

– Lerikin icra başçısı Rövşən Bağırov

– Tovuzun icra başçısı Məmməd Məmmədov

– Astaranın icra başçısı Qəzənfər Ağayev

– Samuxun icra başçısı Alı Qocayev

– Qəbələnin icra başçısı Səbuhi Abdullayev

İddia olunur ki, bu icra başçılarından bəzilərinin həbsi belə gözləniləndir.