BMT Baş katibi qlobal atəşkəs çağırışı etdi
Dünyamız ortaq bir düşmənlə üz-üzə qalıb: COVID-19. Bu virus milliyyətə və ya etnik mənsubiyyətə, qruplara və inanca əhəmiyyət vermir, bütün insanlara amansızcasına hücum edir.
YeniAvropa xəbər verir ki, bu bəyanatla BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən daxil olan bəyanatda deyilir ki, eyni zamanda, dünyanın müxtəlif yerlərində silahlı münaqişələr davam edir. Bunun ən böyük əziyyətini ən həssas qruplar – qadınlar və uşaqlar, əlilliyi olan şəxslər, habelə təcrid olunmuş zümrələr və köçkünlər çəkir. Onların COVID-19-a görə ən ciddi itkilərə məruz qalma riski də yüksəkdir. Unutmayaq ki, müharibə vəziyyətində ölkələrdə səhiyyə sistemləri də dağılmış halda olur. Sayı onsuz da az olan səhiyyə işçiləri tez-tez hədəfə çevrilirlər. Zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər.
“Bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram. Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır.
Döyüşən tərəflərə üz tutub deyirəm: Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin.
Həyatları xilas edən yardımlar üçün dəhlizlərin yaradılmasına kömək etmək, diplomatiya üçün dəyərli imkanlar yaratmaq, COVID-19-a ən həssas olan yerlərə ümid gətirmək çox vacibdir.
COVID-19-a birgə yanaşmaları təmin etmək üçün münaqişə tərəfləri arasında tədricən formalaşan koalisiyalar və dialoqdan ilham alaq. Eyni zamanda, daha çox səylərə ehtiyacımız var.
Müharibə nifaqına son qoyun və dünyamızı məhv edən xəstəliklə mübarizə aparın. Bunun yolu dünyanın hər yerində döyüşləri dayandırmaqdan başlayır. Elə indi. Bəşəriyyətin məhz buna ehtiyacı var, əvvəlkindən daha çox və daha təcili”, - deyə bəyanatda qeyd edilir.
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Faktiki hava:Şimşək çaxıb, leysan yağıb, dolu düşüb
Azərbaycan nefti 84,55 dollara satılır
Rusiya bombardmanından sonra Ukraynanın 6 regionu işıqsız qalıb
Şirvanda dələduzluq edən paytaxt sakini həbs edilib
UEFA Çempionlar Liqası:"PSJ"ni məğlub edən "Borrusiya" finalda
“Eurovision-2024”ün II yarımfinalına keçən ölkələr məlum olub
Prokurorluq Zaqatalada 15 nəfərin qidadan zəhərlənməsi faktını araşdırır