logo

Daha bir sərhədçi əsgərimiz öldü

11:17 07-03-2020 | icon 175
Daha bir sərhədçi əsgərimiz öldü

Martın 7-də saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib. Qeyd edilib ki, xidmət rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.