logo

"Müsavat"la "ReAL"ın parlament seçkisində YAP qədər namizədi var 

22:50 12-01-2020 | icon 203
"Müsavat"la "ReAL"ın parlament seçkisində YAP qədər namizədi var 

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində müxalifətdə olan "Müsavat" və "ReAL" partiyalı tərəfindən irəli sürülən namizədlərin sayı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin sayına çatır. 

YeniAvropa xəbər verir  ki, YAP seçkilərə 123 namizəd irəli sürüb, onlardan 45 nəfəri Milli Məclisin əvvəlki tərkibində olan sabiq deputatlardır.

YAP-dan əlavə, seçkilərdə 20-dən artıq siyasi partiyanın təmsilçiləri rəqabət aparacaqlar. Müxalifət partiyalarından biri olan "Müsavat" 81 dairədə namizədlərini irəli sürüb. Bundan əlavə daha bir neçə müsavatçı fərdi qaydada öz namizədliklərini irəli sürüb.

Bununla belə, ReAl müxalif hərəkatı parlament seçkilərində 31 dairədə öz namizədini irəli sürüb. 

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və müxalif Milli Şuranın üzvü olan digər təşkilatlar seçkilərdə iştirak etməkdən imtina ediblər.