logo

Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir

12:52 24-11-2019 | icon 2443
Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir.

 YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə məntəqələri yerli vaxtla səhər saat 7:00-dan (Bakı vaxtı ilə saat 9:00) axşam saat 21:00-adək (Bakı vaxtı ilə saat 23:00) fəaliyyət göstərəcək.

Səsvermələr ölkə üzrə 18748 seçki məntəqəsində keçiriləcək. Daimi seçki siyahılarında 18 milyondan çox seçici qeydiyyata alınıb. Bununla yanaşı, xaricdə 835 seçki məntəqəsi açılıb.

Xatırladaq ki, prezident seçkilərinin noyabrın 10-da keçirilmiş birinci turunda heç bir namizəd seçicilərin (50+1)% səsini qazana bilməyib. Buna görə də ikinci tur keçirilir. Bu turda ötən seçkidə ən çox səs toplamış iki namizəd rəqabət aparacaq. Bunlar Milli Liberal Partiya tərəfindən (37,82% səs) irəli sürülmüş hazırkı prezident Klaus Yohannis və Sosial Demokrat Partiyasının namizədi Viorika Dençiledir (22,26%)

Qeyd edək ki, Rumıniyada prezident beş il müddətinə seçilir.