logo

Tramp İŞİD rəhbərliyinə namizədin də məhv edildiyini bildirib

19:16 29-10-2019 | icon 231
Tramp İŞİD rəhbərliyinə namizədin də məhv edildiyini bildirib

ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının rəhbərliyinə bir nömrəli namizədin məhv edildiyinin təsdiqləndiyini bildirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Ağ evin başçısı bu barədə məlumatı özünün "Twitter" səhifəsində yerləşdirib. “İndicə təsdiqlənib ki, Amerika hərbçiləri Əbu Bəkr əl-Bağdadinin yerinə bir nömrəli namizədi də öldürüblər”,-deyə Tramp yazıb. Lakin Donald Tramp qətlə yetirilən şəxsin adını və nə vaxt öldürüldüyünü açıqlamayıb.

Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ötən həftənin sonunda Suriyanın İdlib əyalətində xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilib.