logo

Aşqabadda MDB ölkələri dövlət başçılarının sammiti keçiriləcək

20:31 05-10-2019 | icon 2275
Aşqabadda MDB ölkələri dövlət başçılarının sammiti keçiriləcək

Oktyabrın 11-də Aşqabadda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçıları şurasının növbəti iclası keçiriləcək.

 YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

“MDB ölkələri üçün vacib iclasa hazırlıq başa çatıb. Birlik ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaqlar. İclasda Müstəqil Dövlətlər Birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm qərarların qəbul olunması planlaşdırılır”, -  deyə məlumatda bildirilib.

Qeyd edilib ki, bundan bir gün əvvəl, oktyabrın 10-da isə Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.