logo

Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

16:49 03-10-2019 | icon 2310
Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Oktyabrın 10-da Aşqabadda  MDB-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. 

YeniAvropa xəbər verir  ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti yayıb.

Qeyd edilib ki, iclasda Birlik ölkələri Oyunlarının keçirilməsi məsələsi müzakirə olunacaq. Bu məsələ MDB iştirakçı dövlətlərinin bədən tərbiyəsi və idman üzrə əməkdaşlıq haqqında Sazişin tərəfdaşlarının Bədən Tərbiyəsi və İdman Şurasının dəstəyi ilə Rusiya tərəfindən gündəliyə daxil edilib. Təşəbbüs ötən il Birliyin Düşənbədə keçirilən sammitində də dəstəklənib və Oyunların proqramına MDB ölkələrinin Olimpiya və qeyri-olimpiya idman növlərinin daxil ediləcəyi gözlənilir.

MDB ölkələrinin Oyunlarının əsasnaməsinin layihəsi Rusiya İdman Nazirliyi və MDB İcraiyyə Komitəsi tərəfindən hazırlanıb. Layihədə göstərilir ki, Oyunların keçirilməsindən əsas məqsəd Birlik ölkələrində idmançıların səviyyəsini yüksəltmək, onların mühüm beynəlxalq yarışlara hazırlığını təmin etmək, gənclərin müsbət fiziki və mənəvi keyfiyyətlərini inkişaf etdirmək, onlarda vətənpərvərlik və məqsədə çatmaq üçün iradə formalaşdırmaq, sağlam həyat tərzini təbliğ etmək və MDM məkanında idman əlaqələrini möhkəmləndirməkdir.

Qeyd olunur ki, on gün davam edəcək Oyunlar iki ildən bir keçiriləcək. Onların keçirilməsinin yeri və müddəti haqqında qərar yarışların başlanmasına ən azı iki il qalmış MDB iştirakçı dövlətlərinin bədən tərbiyəsi və idman üzrə əməkdaşlıq haqqında Sazişin tərəfdaşlarının Bədən Tərbiyəsi və İdman Şurası tərəfindən veriləcək.

MDB-nin Xarici İşlər Nazirləri Şurasının təsdiqindən sonra bu sənəd Birlik dövlətləri hökumət başçıları Şurasının müzakirəsinə təqdim ediləcək.