logo

İlham Əliyev bir neçə ölkəyə yeni səfirlər təyin edib

18:16 27-09-2019 | icon 2765
İlham Əliyev bir neçə ölkəyə yeni səfirlər təyin edib

Prezident lham Əliyev sentyabrın 27-də Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə yeni rəhbərlər təyin edilməsi haqda sərəncamlar imzalayıb.   

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla  Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Digər bir sərəncamla Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əlavə, prezidentin imzaladığı digər sərəncamla  Anar Xeybər oğlu Hüseynov Azərbaycanın Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.