logo

İranda rekord miqdarda narkotik vasitə müsadirə olunub

16:20 27-09-2019 | icon 217
İranda rekord miqdarda narkotik vasitə müsadirə olunub

İranın Urmiya şəhərində polis ilə təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində rekord miqdarda – 8,6 ton narkotik vasitə müsadirə olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  əməliyyat nəticəsində qanunsuz saxlanılan silahlar və oğurlanmış avtomobillər də aşkar edilib.

Urmiya şəhər polis idarəsinin rəis müavini Əyyub Süleymani bildirib ki, tutulan narkotik maddənin 3,5 tonu morfin, 5,1 toni isə tiryəkdən ibarətdir. Narkotik vasitələr İrana qaçaqmalçılıq yolu ilə Əfqanıstandan gətirilib və buradan da Avropaya daşınması nəzərdə tutulub.

Əməliyyat nəticəsində 100-ə yaxın şəxs həbs edilib. Faktla bağlı istintaq aparılır.