logo

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

19:57 24-09-2019 | icon 3829
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Ağsu rayonunun Kalva kəndi ərazisində Bakı şəhər sakini Qüdrət Şahpələngovun idarə etdiyi “Opel” markalı avtomobil Ağsu çayına aşıb. Nəticədə sürücü və sərnişini xəstəxanaya yerləşdirilib, Q.Şahpələngov orada ölüb.

Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.