Bakıda Azərbaycan-Pakistan əlaqələri müzakirə olunub
Sentyabrın 6-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə Ziyafət Əsgərov Azərbaycan ilə Pakistanın dost və qardaş ölkələr olduğunu deyib. Bildirib ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.O, qeyd edib ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı dəstəkləyir.
Söhbət zamanı Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamələr qəbul olunub. Lakin bu qətnamələrə bu günə qədər əməl olunmur. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da dəfələrlə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini pisləyib, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edib.
Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qani deyib ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.
Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrindən danışan qonaq bu problemlərin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanı bir dövlət kimi tanımır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapmayana qədər rəsmi İslamabad Ermənistanla heç bir münasibət qurmayacaq.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Faktiki hava:Şimşək çaxıb, leysan yağıb, dolu düşüb
Azərbaycan nefti 84,55 dollara satılır
Rusiya bombardmanından sonra Ukraynanın 6 regionu işıqsız qalıb
Şirvanda dələduzluq edən paytaxt sakini həbs edilib
UEFA Çempionlar Liqası:"PSJ"ni məğlub edən "Borrusiya" finalda
“Eurovision-2024”ün II yarımfinalına keçən ölkələr məlum olub
Prokurorluq Zaqatalada 15 nəfərin qidadan zəhərlənməsi faktını araşdırır