logo

Məhərrəm ayı başlayıb

12:54 01-09-2019 | icon 266
Məhərrəm ayı başlayıb

Hicri təqvimi ilə bu gündən Məhərrəm ayı başlayıb.

 YeniAvropa xəbər verir  ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətvasında hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura gününün isə sentyabrın 10-na təsadüf edəcəyi bildirilib.

Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Qeyd edək ki, Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir.