logo

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

11:44 09-11-2024 | icon 707
SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2024-cü ilin birinci yarısı üzrə audit olunmuş fəaliyyət nəticələri, şirkətin 2023-cü il üzrə audit olunmuş faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) nəticələri, 2025-ci il üzrə büdcə proqnozları və ƏSG hədəfləri müzakirə edilib.

Müşahidə Şurasının iclasında, həmçinin SOCAR-ın ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.